
“Qarabağ”ın rəqibi futbolçusunu “Real”a satmaq istəmir
“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate İngiltərə klubunun rəhbərliyi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” “Real”ın maraqlandığı fransalı futbolçunu komandada saxlamaq istəyir.
Konatenin “Liverpul”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. 26 yaşlı müdafiəçi 2024/25 mövsümündə London klubunun heyətində 42 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



