
Qapıçı penaltini qaytardı, saniyələr sonra öldü
Braziliyada futzal oyunu zamanı dəhşətli hadisə baş verib.
Qapıçı Edson Pikse penaltini dəf etdikdən bir neçə saniyə sonra elə meydançada vəfat edib. Top onun sinəsinə dəyib.
Komanda.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Hadisə 7 sentyabr – Braziliyanın Müstəqillik Günü şərəfinə keçirilən turnirdə qeydə alınıb. Qapıçı uğurlu qurtarışından sonra qolunu qaldıraraq sevinmək istəyib və komanda yoldaşı ilə bunu qeyd etmək üçün addım atıb. Ancaq qəfil yıxılaraq huşunu itirib.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Edson Pikseni xilas etmək mümkün olmayıb. Bu hadisə Braziliya futbol ictimaiyyətində böyük sarsıntı yaradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



