
Maquayr Səudiyyə Ərəbistanının 2 klubunun “radar”ındadır
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanında transfer pəncərəsi sentyabrın 23-dək açıq qalacaq və artıq iki klub ingiltərəli futbolçuya maraq göstərib.
Buna baxmayaraq, 31 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Mançester Yunayted”də qalmaq niyyətindədir. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Maquayr ötən mövsüm “Mançester Yunayted”in heyətində 40 oyunda iştirak edib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



