Markizio “Monako”da
İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Klaudio Markizionun yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, son olaraq Rusiyanın “Zenit” klubunda çıxış edən, bu yay azad agent statusu ilə komandadan ayrılan 33 yaşlı futbolçu knyazlıq təmsilçisi ilə 1 illik müqaviləyə imza atacaq.
Bu barədə “Sportmediaset” məlumat yayıb. Sözügedən nəşrin iddiasına görə, tərəflər əməkdaşlıqdan razı qalsa, mövsümün sonunda müqavilənin müddəti uzadılacaq.
“Yuventus”un yetirməsi olan Markizio 2007-08 mövsümünü icarə əsasında “Empoli”də keçirib. O, “Zenit”ə 2018/19 mövsümünün əvvəlində keçmişdi. İtaliya yığmasında 55 oyun keçirən Klaudio, 5 qola da imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin