
“Karvan-Yevlax” futbolçunun formasındakı yazıya görə cərimələndi
Azərbaycan Premyer Liqasının 2-ci turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax təmsilçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt edilməsinə baxmayaraq, analoji hal yenidən təkrarlandığı üçün klub 1500 manat cərimələnib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” matçında isə Naxçıvan təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



