
Levandovski geri dönür
“Barselona”nın hücumçusu Robert Levandovski tezliklə sıraya dönə bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
36 yaşlı forvardın İspaniya La Liqasının ikinci turunda “Levante”yə qarşı keçiriləcək oyunda iştirak etməsi mümkündür. Qarşılaşma avqustun 23-nə təyin olunub.
Polşalı oyunçu bud nahiyəsindən aldığı zədəyə görə komandasına kömək edə bilmirdi.
Levandovski ötən mövsümdə La Liqada “Barselona”nın heyətində 34 oyuna çıxaraq, 27 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



