“Valensiya” niderlandlı futbolçunu transfer edib

Hücumçu Arnaut Danjuma “Valensiya”nın futbolçusu olub.

Komanda.az xəbər verir ki, klub rəsmi saytında niderlandlı futbolçu ilə 2028-ci ilin ortalarına qədər olan müqavilə imzaladığını açıqlayıb.

28 yaşlı Danjuma “Valensiya”ya “Vilyarreal”dan keçib. O, ötən mövsüm icarə əsasında “Jirona”da çıxış edib.

“Valensiya” İspaniya çempionatının ilk turunda “Real Sosyedad”ı qəbul edəcək. Oyun avqustun 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button