
Nunyes Səudiyyə Ərəbistanı klubuna keçə bilər
“Liverpul”un hücumçusu Darvin Nunyes “Əl-Hilal”a keçmək variantını nəzərdən keçirməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu Səudiyyə Ərəbistanı klubu üçün prioritet variantdır. Hələlik rəsmi təklif yoxdur, lakin “Əl-Hilal” “qırmızılar”a forvardla maraqlandığını bildirib və gələcəkdə oyunçu ilə müqavilə imzalamağa çalışacaq.
Nunyes son mövsümdə bütün turnirlərdə 47 matçda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə verib. 26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin