
“Real” Alaba ilə razılığa gələ bilmir
Müdafiəçi David Alaba “Real”dan ayrılmaq istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu futbolçu ilə yollarını ayırmaq istəyir və getməsi üçün ona son mövsümün maaşının bir hissəsini verməyə hazırdır. Lakin Alaba bu məbləği tam olaraq istəyir.
“Real” müqaviləsini ləğv edərkən ona tam məbləği ödəmək niyyətində deyil. Ona görə də, yalnız iki variant var: ya hansısa klub oyunçunu almalıdır, ya da o, komandada qalmalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



