Eratın komandasından ilk xal itkisi

Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Menemen Bələdiyyəspor”la qarşılaşıb. Eratın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Millimizin sabiq üzvü bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Fatih Karagümrük” 3 turdan sonra 7 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button