
“Liverpul” yeni hücumçu ilə anlaşıb
“Liverpul” artıq yeni hücumçu ilə müqavilə bağlamaq üzrədir.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Mersisayd təmsilçis Frankfurt “Ayntraxt”ından Huqo Ekitikeni heyətinə cəlb edə bilər.
“Qırmızılar” Ekitikeylə 6 illik müqavilə barədə razılığa gəlib. 23 yaşlı futbolçu yalnız “Liverpul”da oynamaq istəyir və “Nyukasl”la danışıqlardan çıxıb.
İngiltərənin son çempionu bu transferi həftə sonuna qədər rəsmiləşdirə bilər. Daha əvvəl “Ayntraxt” “Nyukasl”dan gələn 70 milyon funt sterlinqlik (81 milyon avro) təklifi rədd edib. Bu səbəbdən, “Liverpul”un təklifi daha yüksək məbləğdə olmalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



