Luis Enrike: “Mən bacarıqsız deyiləm”

PSJ-nin baş məşqçisi Luis Enrike Klublararası dünya çempionatının finalında “Çelsi”yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra özünü uğursuz hesab etmədiyini bildirib.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı matçdan sonrakı mətbuat konfransında belə deyib:

“Mən bacarıqsız deyiləm. Sadəcə ikinci olmuşam. Elit futbolda “uduzan” anlayışı yoxdur. Məğlub yalnız səhərlər yatağından qalxmayan insandır”.

Final oyununa aşkar favorit kimi çıxan Paris təmsilçisi artıq ilk hissədə üç top buraxaraq, məğlub olub.

Enrike 2024/25 mövsümündə PSJ-ni Fransa Liqa 1-in, ölkə kubokunun və superkubokunun qalibi edib. O, bundan başqa, UEFA Çempionlar Liqasında da tarixi qələbəyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button