“Neftçi”nin sabiq hücumçusu BƏƏ klubunda

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu “Əl-Vəsl”ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında “Neftçi”nin formasını geyinib. Onun son klubu Macarıstan “Ferentsvaroş”u olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button