“Sabah”ın Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri məlum oldu

“Sabah” basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.

Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda “Nimburk” (Çexiya), “Alba” (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button