
“Zirə”nin futbolçusu Ukrayna klubuna keçir? – Açıqlama
“Zirə”nin qvineya-bisaulu hücumçusu Salifu Sumanın komandadan ayrılması ilə bağlı mətbuatda məlumat yayılıb. 21 yaşlı futbolçunun Kiyev “Dinamo”su (Ukrayna) ilə anlaşdığı deyilir.
Məsələ ilə bağlı Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Komanda.az-a açıqlama verib. Klub rəsmisi, Sumanın Ukrayna klubuna keçidi ilə bağlı hələ ki, ortada rəsmi nəsə olmadığını deyib:
“Salifu Suma və hansısa bir futbolçu ilə bağlı rəsmi xəbər olacağı təqdirdə, bu haqda klubun rəsmi səhifəsində və saytında məlumat veriləcək”.
“Zirə” qarşıdakı mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Rəşad
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



