
Raul gedir, Arbeloa gəlir
“Real”ın ikinci komandası olan “Kastilya”nın baş məşqçi postunda dəyişiklik baş verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Raul Qonsales klubdan ayrılmaq qərarına gəlib.
Raulun yerini “Real”ın digər sabiq futbolçusu Alvaro Arbeloa tutacaq. O, hazırda klubun gənclər komandasında baş məşqçi kimi çalışır. Yeni mövsümdən etibarən isə onun vəzifəsində yüksəliş ediləcək və “Kastilya”nı çalışdıracaq.
42 yaşlı Arbeloa “Real”ın heyətində 2001–2006 və 2009–2016-cı illər aralığında çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi, daha sonra məşqçilik fəaliyyətinə başlayıb.
Raul Qonsales 2019-cu ildən bəri “Kastilya”ya rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



