
“Real” Vinisiusla razılığa gələ bilmir
“Real”la Vinisius Junior arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlarda çətinliklər yaranıb.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumatı yayıb.
Braziliyalı futbolçunun ətrafı illik 30 milyon avro maaş, imza bonusu və müxtəlif əlavələr tələb edib. Ancaq “kral klubu” bu şərtlərlə razılaşmağa hazır deyil.
“Real” rəhbərliyi 24 yaşlı hücumçuya ildə 20 milyon avrodan artıq ödəmək niyyətində deyil. Hazırda tərəflər arasında danışıqlar dayandırılıb.
Vinisiusun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Ona Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraq göstərdiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


