Sabiq hücumçu Azərbaycan millisinin keçmiş üzvü haqda: “Güclü, texnikalı futbolçu idi”

Gürcüstan millisinin sabiq hücumçusu Mixail Aşvetiya PSJ-nin forvardı Xviça Kvaratsxeliyanın kiçik qardaşı haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2010-cu il təvəllüdlü Tornike Kvaratsxeliyanın potensialını yüksək qiymətləndirib:

“Xviçanın daha bir kiçik qardaşı var. Yaxşı oğlandır, Tbilisi “Dinamo”sunda oynayır. Düşünürəm ki, o da yaxşı futbolçu olacaq. Onlar idmançı ailəsidir: ataları (Badri Kvaratsxeliya) da vaxtilə Tbilisi “Dinamo”sunda və Azərbaycanda çıxış edib. Güclü, texnikalı futbolçu idi”.

Xviçanın atası Badri Kvaratsxeliya vaxtı ilə “Kəpəz”də, “Şəmkir”də forma geyinib, həmçinin, 3 oyunda Azərbaycan millisində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button