Rafinya Ronaldonun rekordunun bir addımlığındadır

“Barselona”nın vingeri Rafinya Dias UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “İnter”ə qarşı keçirilən matçda məhsuldar ötürmə ilə yadda qalıb. “Barsa” doğma meydanda Milan komandası ilə 3:3 hesablı bərabərlik əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafinya bu məhsuldar ötürmə ilə cari mövsümdə Çempionlar Liqasında komandasının 20 qolunda iştirak etmiş olub. Onun aktivində 12 qol və 8 məhsuldar ötürmə var.

Braziliyalı futbolçunun Kriştiano Ronaldunun rekordunu təkrarlaması üçün cəmi bir məhsuldar hərəkət qalır. Portuqaliyalı hücumçu 2013/14 mövsümündə “Real”da çıxış edərkən Çempionlar Liqasında ümumilikdə 21 qolda iştirak etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button