
Fiqu Çempionlar Liqasında əsas favoritinin adını açıqlayıb
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu bu mövsüm UEFA Çempionlar Liqasının qalibi olmağa əsas namizədin adını açıqlayıb.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, portuqaliyalı keçmiş oyunçu Çempionlar Liqasını PSJ-nin qazanacağını düşünür:
“Çempionlar Liqasını kim qazanacaq? Düşünürəm ki, PSJ. Komanda əla fiziki formadadır və sabit nəticələr göstərir. Amma dəqiq proqnoz verməyə hazır olduğumu hiss etmirəm, ona görə də qəti bir şey söyləmək çətindir”.
PSJ Çempionlar Liqasının yarımfinalında “Arsenal”la qarşılaşacaq. Digər yarımfinalda “Barselona” və “İnter” komandaları üz-üzə gələcək. PSJ artıq Liqa 1-də çempionluğu vaxtından əvvəl təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin