
1-ci Liqada martın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Azərbaycan 1-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində martın ən yaxşı qolunun müəllifi olan Pablo Alveş mükafatlandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
“İmişli” klubunun futbolçusuna mükafatı 22-ci turun “İmişli” – “Qəbələ” qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



