Sabiq futbolçu “Mançester Yunayted”in oyunçularının səviyyəsinə şübhə edir

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill komandanın son nəticələrini şərh edib.

Komanda.az “NBC Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş oyunçu, bunun həqiqətən də acınacaqlı vəziyyət olduğunu bildirib:

“Məsələ burasındadır ki, bu çox yaxşı komanda deyil. “Mançester Yunayted”in ən böyük problemi oyunçularının hər şeyini ortaya qoymamasıdır. Bruno Fernandes və Amad Diallo istisna olmaqla, onlar sadəcə, komandaya lazım olan səviyyədən və keyfiyyətdən aşağıdırlar. Bu, həqiqətən də acınacaqlı vəziyyətdir. Onların hazırda yaxşı olmayan oyunçuları var və orta qabiliyyətə sahibdirlər”.

Ruben Amorimin komandası İngiltərə çempionatının 32-ci turunun “Nyukasl”la görüşündə 1:4 hesabı ilə məğlub olub. Komanda hazırda 38 xalla Premyer Liqanın turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button