“Liverpul” 50 milyon avro təklif edə bilər – İspaniyalı futbolçu üçün

“Liverpul” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopeslə maraqlanır.

21 yaşlı futbolçu Hans-Diter Flikin komandasında əsas heyətdə daimi yer almır və ayrılmağı düşünür.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “qırmızılar” ispaniyalı futbolçunu 50 milyon avroya almağa hazırdır.

Lopeslə “Atletiko”, “Aston Villa”, “Nyukasl” və “Mançester Yunayted” də maraqlanır. Onun “transfermarkt”da dəyəri 50 milyon avrodur. O, bu mövsüm “Barselona”nın heyətində 34 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button