
Kurtuanı təəccübləndirməyən xəbər
“Real”ın qapıçısı Tibo Kurtua həmyerlisi Kevin de Bruynenin “Mançester Siti”dən ayrılması ilə bağlı danışıb.
Belçikalı yarımmüdafiəçi cari mövsümün sonunda “şəhərlilər”i tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun qolkiperi bunları deyib:
“Kevin Belçika tarixinin, eləcə də İngiltərə çempionatının ən yaxşı futbolçularından biridir. Karyeramızda çoxlu ümumi cəhətlərimiz var. Onun komandasını dəyişəcəyinə əmin idim, ona görə də bu xəbər məni təəccübləndirmədi”.
33 yaşlı De Bruyne 2015-ci ildən “Mançester Siti”nin rənglərini qoruyur. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin