Əliyevin komandası evdə uduzdu

Albaniya çempionatında 33-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Elbasani” ilə qarşılaşıb.

Zamiqin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Əliyev 90 dəqiqə meydanda olub, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Hazırda “Eqnatiya” 58 xalla liderliyini davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button