Rafinya ilə Flik arasında gərginlik – FOTO

“Barselona”nın vingeri Rafinya İspaniya La Liqasının 30-cu turunun “Betis”lə oyunundan (1:1) sonra hakimlikdən hədsiz narazı qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik və komandanın oyunçuları qəzəblənən futbolçunun hakimlərlə mübahisə etməsinə mane olmağa çalışıb. Braziliyalı futbolçu, eyni zamanda, paltardəyişmə otağına gedərkən onunla danışmaq istəyən komandanın qapıçısı Mark-Andre ter Ştegeni də itələyib.

Rafinya bu mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 27 qol vurub və 20 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button