
Premyer Liqada mart ayının ən yaxşısı məlum olub
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ötən ay keçirdiyi iki oyunda 2 məhsuldar ötürmə verib və 2 qol vurub.
Fernandes bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



