
“Bolonya”dan ilk oyunda 3 cavabsız qol
İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
“Empoli” evdə “Bolonya” ilə qarşılaşıb. Qonaqlar bu oyundan 3 cavabsız qolla qalib ayrılıblar.
Bu mərhələnin cavab matçları aprelin 23-24-də keçiriləcək.
İtaliya kuboku
Yarımfinal, ilk oyunlar
1 aprel
Empoli – Bolonya 0:3
Qollar: Orsolini, 23. Dallinqa, 29; 51.
2 aprel
23:00. Milan – İnter
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



