“Milan”ın yeni transferi italyan dilini öyrənmək üçün film izləyir

“Milan”ın yeni hücumçusu Santyaqo Ximenes komandasına mümkün qədər tez uyğunlaşmağa çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meksikalı oyunçunun həyat yoldaşı ona bu işdə kömək edir:

“Təxminən bir il əvvəl evləndik. O da Milanı çox sevir və bu şəhərə heyrandır. İndi biz tez-tez birlikdə kinoteatrlara gedirik, filmlərə baxırıq – bu, italyan dilini öyrənməyə kömək edir”.

“Milan” İtaliya çempionatının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button