Salahdan antirekord

İngiltərə Liqa kubokunun final matçında “Liverpul” “Nyukasl”la üz-üzə gəlib.

Arne Slotun yetirmələri 1:2 hesablı məğlubiyyətdən sonra kuboku əldən verib.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “qırmızılar”ın hücumçusu Məhəmməd Salah son qarşılaşmada antirekorda imza atıb.

Misirli forvard “Liverpul” karyerasında ilk dəfə 90 dəqiqə ərzində qapıya bir zərbə belə vura bilməyib.

32 yaşlı futbolçu bu mövsüm mersisaydlıların bombardiridir. O, 43 matçda iştirak edib, 32 qol vurub və 22 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button