Amorim onu həm tənqid etdi, həm də təriflədi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın portuqaliyalı futbolçusu Bruno Fernandesin oyunundakı problemlərdən danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la cavab oyununda het-trik etsə də, bu, Amorimin onu tənqid etməsinə mane olmayıb:

“O, həqiqətən qazanmaq istəyir, bəzən bu istək çərçivədən kənara çıxır. Bu, pis deyil, amma bəzən o, müxtəlif mövqelərdə oynayır, komanda yoldaşlarına güvənmir”.

Bununla belə, Amorim oyunçusunun güclü tərəflərini də sadalayıb:

“Hansısa bir vacib tapşırığı yerinə yetirmək və matçların sonunda yüksək təzyiq göstərmək bacarığı var”.

Fernandes bu mövsüm 43 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir və transfer dəyəri 55 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button