Amorim: “Bu mövsümü heç Avropa Liqası kuboku da xilas etməyəcək”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın cari mövsüm üçün perspektivləri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı Avropa Liqasında qələbə qazanacaqları təqdirdə belə, mövsümün uğurlu olmayacağını fikrləşir:

“İnsanlar Avropa Liqasını mövsümü xilas etmək üçün son şansımız kimi görürlər. Mən belə düşünmürəm. Bu mövsümü heç nə xilas etməyəcək”.

“Qırmızı şeytanlar” Premyer Liqada son dərəcə zəif çıxış edir. Komanda 27 turdan sonra 14-cü pillədədir. Daxili kuboklardan kənarlaşdırılan komandanın Avropa Liqasında uğur ümidləri hələ də sağdır.

“Mançester Yunayted” dünən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Real Sosyedad”la 1:1 hesablı heç-heçə edib. Cavab matçı martın 13-də “Old Trafford”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button