
”Barselona” yeni qapıçı axtarır
“Barselona” rəhbərliyi fəal şəkildə yeni qapıçı axtarışındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu yaxın on illik üçün yeni qapıçı ilə müqavilə imzalamaq istəyir. Hazırda “Barselona”nın qısa siyahısında üç namizədin olduğu deyilir. Bu siyahıda “Brayton”un oyunçusu Bart Verbruggen, “Lill”in qapıçısı Lukas Şevalier və “Espanyol”un futbolçusu Xuan Qarsiyanın adları var. Seçim “Barselona”nın maliyyə durumundan, eləcə də, komandadakı qapıçılarla bağlı vəziyyətdən asılı olacaq.
“Barselona” 26 turdan sonra 57 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



