
İsak İspaniya klubunu arzulayır
“Nyukasl”ın hücumçusu Aleksander İsak karyerasını davam etdirmək üçün üstünlük verdiyi varianta qərar verib.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, isveçli futbolçu müxtəlif çempionatlardan Avropanın bir neçə top-klubunun marağına səbəb olub.
İsak özü “Arsenal” və ya “Mançester Yunayted”dənsə “Barselona”ya keçməyə üstünlük verir. Kataloniya klubu isə maliyyə çətinlikləri səbəbindən onunla müqavilə bağlamaqda çətinlik çəkəcək.
25 yaşlı forvardın dəyəri 75 milyon avro qiymətləndirilir. “Sağsağanlar”ın onun üçün daha çox pul istədiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



