“Yuventus”un oyunçusu 10 günlük sıradan çıxıb

“Yuventus”un yarımmüdafiəçisi Fransisko Konseysao zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu əzələ diskomfortu yaşayıb. Tibbi müayinədən sonra ona baldır nahiyəsinin dartılması diaqnozu qoyulub. Onun sağalması təxminən on gün çəkəcək.

Konseysao “Yuventus”a “Portu”dan icarə əsasında keçib. Turin klubu onu mövsümün sonunda transfer edə bilər. O, cari mövsümdə A Seriyasında 18 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button