“VAR sistemi hakimlərin işini öldürdü”

“Atletiko”nun prezidenti Enrike Serezo müasir futbolda videotəkrardan (VAR) istifadə edilməsi barədə tənqidi fikirlər səsləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbəri hakimləri tənqid etməkdən çəkinməli olduqlarını bildirib:

“Biz hakimləri tənqid etməkdən çəkinməli və onların öz vəzifələrini yerinə yetirməsinə imkan verməliyik. Onlar ədalətli və qərəzsiz mühakiməni təmin etməlidirlər. VAR sistemi hakimlərin işini öldürdü. Ancaq heç kim bunu etiraf etmək istəmir, ona görə də hər şey dəyişməz qalacaq”.

“Atletiko” dünən İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona” ilə üz-üzə gəlib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button