
Yamaldan maraqlı paylaşım – FOTO
“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal sosial şəbəkə hesabında maraqlı video paylaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, videodakı görüntüdə ispaniyalı futbolçu təvazökar mənzildə toyuq əti ilə adi makaron yeyir.
O, videoda “Protein, restoranda olduğu kimi” deyib.
17 yaşlı oyunçu bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin