
Əvəzedicilərin yarışında daha 2 oyun təxirə salındı
Əvəzedicilər Liqasının 24-cü turunun oyunları ilə bağlı mövcud hava durumu, stadionların ümumi vəziyyəti nəzərə alınaraq “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək matçın 25.02.2025-ci il tarixdə saat 15:00-da “Azersun Arena”da oynanılması nəzərdə tutulub.
Komanda.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Xəbərdə o da qeyd olunub ki, bu gün keçirilməli olan, lakin təxirə salınmış “Şamaxı-2” – “Turan Tovuz-2” və “Zirə-2” – “Kəpəz-2” oyunları ilə bağlı əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin