Motta qol buraxmadıqları üçün sevinir

“Yuventus”un baş məşqçisi Tiaqo Motta “Kalyari” üzərində qələbədən (1:0) sonra fikirlərini bölüşüb.

A Seriyasının 26-cı turunun dünən keçirilən matçında yeganə qolu 12-ci dəqiqədə Duşan Vlahoviç vurub.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı qol buraxmadıqlarının müsbət hal olduğunu deyib:

“Birinci hissədə çoxlu şanslarımız oldu. Fasiləyə gedərkən, əldən verilmiş imkanlara görə peşman ola biləcəyimizi bilirdik. Cəmi üç gün əvvəl UEFA Çempionlar Liqasında PSV-yə qarşı 120 dəqiqə oynadığımız üçün enerjimiz yox idi, amma yenə də birdən çox qol vurmalı idik. Müsbət hal odur ki, biz qol buraxmadıq”.

“Yuventus” 49 xalla İtaliya çempionatının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button