“Mançester Yunayted”in daha yaxşı oynamağa başlamasının vaxtıdır”

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes “Everton”la oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mançester Yunayted”in daha yaxşı oynamağa başlamasının vaxtıdır. Hər dəfə qol buraxıb uduzanda oynamağa və risk etməyə başlayırıq”.

Premyer Liqanın 26-cı turu çərçivəsində “Mançester Yunayted” – “Everton” qarşılaşması şənbə günü baş tutub və 2:2 hesabı ilə başa çatıb.

“Qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi 26 oyundan sonra 30 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda növbəti matçını fevralın 26-da, öz meydanında “İpsviç”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button