![](https://komanda.az/wp-content/uploads/2023/10/co-koul.jpg)
ÇL: “Bellingem təzyiq altındadır”
“Çelsi”nin keçmiş futbolçusu Co Koul UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə görüşdən sonra “Real”ın yarımmüdafiəçisi Çud Bellingemlə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Bellingemin təzyiq altında olduğunu bildirib:
“Bellingem ən yaxşı oyununu oynamadı, ancaq futbol instinktlərindən istifadə etdi. O, təzyiq altındadır, amma hər şeyə tez reaksiya verir. 92-ci dəqiqədə sürətini artırıb qol vurdu, indi onun adı hər yerdə hallanır. O, super ulduzdur”.
“Etihad”da keçirilən ilk qarşılaşma “Real”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu fevralın 19-da, “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin