![](https://komanda.az/wp-content/uploads/2024/08/resad-sadiqov_850-780x470.jpg)
“Ola bilər ki, işimiz əziyyətli olsun” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:
“Kuboka uyğun oyun keçdi. Çox qol epizodlarından danışa bilmərik. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik.
İlk oyundan sonra rəqib öndədir. Biz də udsaydıq, ikinci matçda eyni ssenari olacaqdı. “Araz-Naxçıvan” çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarırlar. Ola bilər ki, işimiz əziyyətli olsun. Çalışacağıq ki, evdəki matçda nəticə əldə edək, mərhələ adlayaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra Tovuzda oynayacağıq. Çox güc sərf edəcəyik”.
Bizi Facebook-da izləyin