Arauxo komanda yoldaşını dəstəklədi: “Haqlı idi”

“Barselona”nın futbolçusu Ronald Arauxo La Liqada hakimlik haqda danışan komanda yoldaşı Rafinya Diasla həmfikirdir.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı vinger “Alaves”lə son oyundan sonra (1:0) hakimin işindən narazı olduğunu açıq şəkildə bildirib. Arauxo ona haqq qazandırıb:

“Rafinya haqlı idi. Ancaq bu barədə düşündüyümüz hər şeyi deyə bilmərik. Bu, başqalarının işidir”.

Arauxo bir müddət əvvəl İspaniya çempionatında hakimliyin aşağı səviyyədə olmasına eyham vurmuşdu.

“Barselona” sabah “Valensiya” ilə kral kuboku matçında üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button