MY fransalı futbolçudan əl çəkmir

“Bayern”in hücumçusu Matis Tel bu qış hələ də “Mançester Yunayted”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transfer hələ də baş tuta bilər.

Daha əvvəl klubların sözləşmənin maliyyə komponenti ilə bağlı razılığa gələ bilmədikləri üçün danışıqları dayandırdıqları barədə məlumatlar yayılıb.

“Qırmızı şeytanlar” 19 yaşlı futbolçunun icarəyə götürülməsi üzərində işləməyə davam edir, “Bayern” isə müqaviləyə satın alma şərtini də daxil etmək istəyir. Digər iddiaçılar da futbolçu uğrunda yarışı tərk etməyiblər. Tel ilə həmçinin, “Arsenal” və “Tottenhem” maraqlanır. Sonuncular fransalı forvardı 60 milyon avroya almağa hazır olsalar da, o, bundan imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button