“Bu günü heç vaxt unutmayacam” – Misirli futbolçu

Ömər Marmuş “Ayntraxt”dan “Mançester Siti”yə keçidini şərh edib.

Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, misirli forvard bu günü heç vaxt unutmayacağını bildirib:

“Bu günü heç vaxt unutmayacam. “Mançester Siti” kimi kluba keçmək mənim üçün böyük bir fəxrdir. Çox məmnunam. Pep Qvardiolanın rəhbərliyi altında irəliləmək və burada kuboklar qazanmaq istəyirəm. Bu komandaya qoşulmağı səbirsizliklə gözləyirəm”.

Marmuş İngiltərə klubu ilə 4 il yarımlıq müqavilə imzalayıb.

25 yaşlı forvard mövsümün ilk yarısında Almaniya çempionatında 17 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button