“Bu komanda üçün ölməyə hazıram” – “Liverpul”un futbolçusu
“Liverpul”un müdafiəçisi İbrahima Konate ilin əvvəlində dizindən zədələndikdən sonra qayıtmağa tələsdiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu komanda üçün etdiyini bildirib:
“Yüz faizə qədər sağalmağa çalışdım, amma geri qayıtmağa tələsdiyim üçün bacarmadım. Mən bunu komanda üçün etdim. Bu komanda üçün ölməyə hazıram, hər şey qaydasındadır. Dizim tezliklə tam sağalacaq, amma indi də ağrıyır.
Mən ağrıkəsicilərlə oynayıram. Qayıtmağa yaxın idim. Həftə ərzində məşq etməyi planlaşdırırdım, lakin Co Qomezin zədəsini görəndə düşündüm: “Yaxşı, daha tez qayıtmalıyam”.
“Liverpul” bu gün öz meydanında UEFA Çempionlar Liqası çərçivəsində “Lill”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin