“Yuventus”un baş məşqçisi yeni taktiki sxemi sınayacaq

“Yuventus”un baş məşqçisi Tiaqo Motta taktiki dəyişikliklər etməyi planlaşdırır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Turin klubunun çalışdırıcısı nominal hücumçuları yarımmüdafiəçilər Ten Kopmeyners və Duqlas Luislə əvəz edəcək. O, 4-2-4 sxemini sınamaq niyyətindədir.

“Yuventus” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində səfərdə Belçikanın “Brügge” komandası ilə qarşılaşacaq. “Brügge” – “Yuventus” matçı bu gün saat 00:00-da start götürəcək. İtaliya klubu hazırda 6 turdan sonra 11 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Brügge” 10 xalla 19-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button