Berdıyev: “Kəpəz” layiqli qələbə qazandı”
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda “Kəpəz”lə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 2:5 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı “Kəpəz”in laiyiqli qələbə qazandığını bildirib:
“Fikirləşirəm ki, “Kəpəz” layiqli qələbə qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm. Planlarımızı həyata keçirə bilmədik.
Son səkkiz matçda cəmi bir qələbə qazana bilməyimizin təbii ki, müəyyən səbəbləri var. Məsələn, bu gün heç nə alınmadı. Qalan oyunlara gəlincə, həm heç-heçə etmişik, həm dı uduzmuşuq. Hamısının səbəbləri müxtəlifdir.
Orxan Əliyev yaxşı futbolçudur. İnanıram ki, komandaya uyğunlaşdıqdan sonra özünü yaxşı tərəfdən göstərəcək.
Ehtiram Quliyevin bir neçə gün öncə “Kurban Berdıyevın komandanı avrokuboklara aparacağına söz verməsi”ni deməsi futbolçuların üzərində təzyiq yaratmayıb. Biz səhvlərimizdən nəticə çıxarıb, yolumuza davam etməliyik.
Müdafiə xəttindəki xaotik səhvlərdən xəbərdarıq. Ancaq standart vəziyyətlərdən bu qədər qol buraxacağımızı düşünmürdük. Ona görə ki, məhz bu məqamın üzərində çox çalışırdıq”.
“Turan Tovuz” növbəti turda səfərdə “Qarabağ”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin