Adı “Mançester Siti” ilə hallanan özbək futbolçunun keçmiş məşqçisindən açıqlama

“Energetik-BGU”nun keçmiş çalışdırıcısı və müdafiəçi Abdukodir Xusanovun peşəkar futbolda ilk məşqçisi olan Pavel Rodnenok özbək futbolçunun Belarus çempionatına gəlişindən danışıb.

Bundan əvvəl mətbuatda hazırda “Lans”da forma geyinən Xusanovun “Mançester Siti”yə keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı.

Komanda.az xəbər verir ki, “Championat” nəşrinə açıqlama verən belaruslu mütəxəssis bunları deyib:

“Onu Özbəkistandan, konkret olaraq Anatoli İvanoviç Yureviçə gətirmişdilər. Sonra o, Xusanov üçün fərdi inkişaf proqramı yazdı, biz onu cəmi bir il yarım həyata keçirə bildik.

Yureviç görkəmli belaruslu məşqçidir. Həmin vaxt “Energetik-BGU”da elmi-metodiki iş üzrə təlimçi vəzifəsində çalışırdı. Ümumiyyətlə, o, klubun hazırda mövcud olduğu formada onun ideoloji ilhamvericisidir.

Agent Xusanovu sözün əsl mənasında Yureviçə verdi və dedi: “Yaxşı oyunçu ol”. Çünki o, necə futbolçu hazırlamağı bilir. O, postsovet məkanında gənc futbolçuları yetişdirmək və inkişaf etdirmək üçün ən yaxşı məşqçidir”.

Xusanov 2022-2023-cü illərdə “Energetik-BGU”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button