Qasperini: “Heç-heçə ədalətli nəticə oldu”

İtaliyada 19-cu turun təxirə salınmış oyunları baş tutub.

Komanda.az “calcioatalanta.it”-ə istinadən xəbər verir ki, “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Yuventus”la matçda komandasının buraxdığı ilk qoldan sonra hesabı bərabərləşdirmək bacarığından məmnun qalıb:

“Məncə, bu, əla oyun idi. Gözəl futbol üçün iki yaxşı komanda lazımdır və rəqibimiz də güclü idi. Xüsusilə, qol vurduqdan sonra onların müdafiəsini yarmaq asan olmadı. Qalib gəlmək ümidi ilə meydana çıxdıq, amma mübarizə aparmalı olduq. Sonda heç-heçə ədalətli nəticə oldu”.

“Atalanta” “Yuventus”la qarşılaşmada 1 xal qazanıb. Komandalar ikinci hissədə hərəyə bir dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button